Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl rayon Bazasında müdavimlər üçün təlimləri yekunlaşıb. Bazadan SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən 28 yanvar tarixindən start verilən təlimlər agentliyin Tədqiqat və Keyfiyyətə Təminat qurumu tərəfindən aparılıb. 29 nəfər yeni müdavim və 3 nəfər Xarici Keyfiyyət Yoxlaması bölməsinin işçiləri sertifikatlarla təmin olunublar. Təlim zamanı müdavimlər ilk yardım mina və hərbi sursatların tanınması, mina detektorlarından istifadə edərək hədəflərin aşkar edilməsi kimi kurslarda biliklərini artırıblar.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB