"Biz Heydər Əliyev irsini öyrənirik" məktəbinin növbəti məşğələsi keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında fəaliyyət göstərən "Biz Heydər Əliyev irsini öyrənirik" məktəbinin növbəti məşğələsi keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov əsasən gənclərdən təşkil olunmuş məktəbin müdavimlərinə məşğələnin mövzusu barədə məlumat verib.

YAP İdarə Heyətinin üzvü, professor Ş. Əsgərov bir sıra məsələlər aid mühüm mühazirə oxuyub. Gənclərin böyük maraqla dinlədiyi mühazirə istər gənclik həyatı, istər elm nailiyyətlər, istərsə də gənclərin ictimai-siyasi fəallığı baxımından böyük marağa səbə olub.

Sonda Ş. Əsgərov müdavimləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə