Türkiyədə "Qarabağ" əsəri təqdim edildi

Müəlliflər millət vəkili Qənirə Paşayeva və Azərindir

Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Zümrüd Tağıyevaya aid olan "Qarabağ" əsəri Azərbaycanın əməkdar artisti Azərinin möhtəşəm ifasında tamaşaçıların böyük rəğbətinə səbəb olub. Əsər ilk dəfə Xocalı Soyqırımının ildönümündə Xocalı Soyqırımına həsr olunan "Azərinlə bir avaz" proqramının xüsusi buraxılışında tamaşaçılara təqdim olunub.

Proqramda "Qarabağ" əsərinin sözlərinin müəllifi millət vəkili Qənirə Paşayeva da iştirak edib və bildirib ki, o, Azərinlə bərabər bu əsəri torpaqlarımız uğrunda şəhid olan bütün insanlarımıza, o cümlədən xocalılara ithaf edib. Millət vəkili Qənirə Paşayeva əsərin ərsəyə gəlməsinə görə bəstəkarı Zümrüd Tağıyevaya və gözəl ifasına görə Azərinə təşəkkür edib və bütün türk gəncliyini harada doğulub harada yaşamasından asılı olmayaraq Xocalılı, Qarabağlı olmağa səsləyib. Qarabağ probleminin həllinin, Xocalı Soyqırımının tanıdılması, onu tprədənlərin ədalət qarşısında cavab vermələrinə nail harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib və bütün türk gəncliyini bu istiqamətdə fəal olmağa çağırıb: "İnşallah, gələn təqdimatlarımızı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və digər o gözəl güşələrimizdə qeyd edək. Mən inanıram ki, o gün uzaqda deyil", - millət vəkili əlavə edib.

"Azərinlə bir avaz" proqramında Azərin tərəfindən əsəri canlı ifası Qarabağda yaşanılan hadisələr, Xocalı Soyqırımının görüntüləri ilə müşayiət edilib.

Proqramda əsərin təqdimatında millət vəkili, professor Musa Qasımlı iştirak edib və Xocalı Soyqırımı haqqında danışıb, bu soyqırımının bütün bəşəriyyətə qarşı edilən bir cinayət olduğunu deyib və erməni yalanlarına qarşı mübarizədə Azərbaycan ilə Türkiyə arasında birlik və bərabərliyin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...