Əli Abbasov: “2020-ci ilə qədər İKT sektorunun inkişafı sayəsində ÜDM-in iki dəfə artacaq”
"Asiya bazarı Azərbaycan üçün xüsusi maraq doğurur və yerli məhsulların ixracı üçün daha perspektivli bazarlar qismində nəzərdən keçirilir". SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya texnologiyaları üzrə Azərbaycan-Yaponiya seminarında səsləndirib.
Onun sözlərinə görə, Asiya bazarı daha böyükdür və texnologiya sahəsində inkişaf edib, həmçinin Avropa bazarı kimi o qədər də məhdud deyil: "Azərbaycan yerli şirkətlərin Asiya bazarına, xüsusilə Yaponiya bazarına ekspansiyasına maraq göstərir. Bu il Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxdı. İkinci telekommunikasiya peykinin buraxılması 2016-cı ilə, aşağıorbitli peykin buraxılması isə 2014-cü ilə nəzərdə tutulub. Bu ilin payızında Azərbaycan yerüstü peyk stansiyası vasitəsilə digər ölkələrin əldə edilən məlumatların işlənməsinə başalayacaq".
Nazir qeyd edib ki, bu gün Azərbaycan ixracatının təqribən 80 faizi neft sektorunun payına düşür, lakin 2020-ci ilə qeyri-neft məhsullarının ixracının xeyli artırılması planlaşdırılır."2020-ci ilə qədər İKT sektorunun inkişafı sayəsində ÜDM-in iki dəfə artırılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB