Əmək pensiyalarının baza hissəsi artırılacaq

Əmək pensiyalarının baza hissəsi artırılacaq

"Yaxın vaxtlarda Azərbaycanda əmək pensiyasının baza hissəsi artırılacaq". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdən əvvəl deyib.

"Hazırda büdcənin imkanlarından asılı olaraq, artırılacaq baza hissəsinin həcmini müəyyənləşdirmək üçün hesablamalar aparılır", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, bu iş yekunlaşdıqdan sonra pensiyanın baza hissəsinin yenidən artırılmasının həcmi və tarixi açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə