Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Fotbol Kuboku Bakıda keçiriləcək
Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Fotbol Kubokunun Bakıda təşkili haqqında müqavilə imzalanıb.
SİA-nın verdiyi xəbərə görə, müqaviləni Azərbaycan tərəfindən müdafiə nazirinin müavini general leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən isə Şuranın sədri polkovnik Hamand Kalkuba Malboum imzalayaıb.
Müqaviləyə əsasən cari il aprelin 29-da Kubokun Püşkatma, iyulun 2-də açılış və iyulun 14-də bağlanış mərasimləri keçiriləcək.
Bu çempinatda BHİŞ-na üzv ölkələrdən 16 komandanın işrtirakı gözlənilir. Bu günə qədər məlum olan komandalar Amerika qitəsindən Braziliya, ABŞ, Kanada, Afrika Qitəsindən Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Keniya və Mali, Avropa Qitəsindən Almaniya, Fransa, üçüncü komanda isə martın 8-də Niderland ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaq. Asiya qitəsindən Oman İraq, Bəhreyn və Qətər, 16-cı komanda isə ev sahibi kimi Azərbaycan komandası olacaq.
BHİŞ ilə əldə olunmuş razılığa əsasən Bakıda keçiriləcək yarışlarda 500 nəfərə qədər idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının 100 nəfərə yaxın olması gözlənilir.
Yarışlar "Şəfa", "Dalğa", "Bayıl" və "Zirə" stadionlarında keçiriliəcək.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının İcra Kommitəsinin üzvlərindən ibarət təşkilat komitəsi yaradılıb və fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB