230 min işçi ilə əmək müqaviləsi bağlanıb

230 min işçi ilə əmək müqaviləsi bağlanıb

"Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması çərçivəsində bu günə qədər 230 min işçi ilə əmək müqaviləsi bağlanıb". SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, quruma ötən ilin sentyabrından başlayaraq Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əmək müfəttişliyi tərəfindən aşkar edilən və bağlanılması təmin edilən əmək müqavilələrinin siyahısı göndərilib.

"Bu günədək hər iki qurumdan 230 minə yaxın şəxsin siyahısı təqdim edilib. Biz bunun üzərində işi artıq başa çatdırmaq üzrəyik. Vergilər Nazirliyi tərəfindən təqribən 185 min nəfərə yaxın şəxsin məlumatlari təqdim edilib, bunlardan 75 min nəfəri bizdə bazada vardır. Qalanları üzrə isə iş gedir, yaxın vaxtlarda yekunlaşacaq. Eyni zamanda əmək müfəttişliyi tərəfindən də iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə