"Azərbaycanda işləyən xarici idmançıların 90%-i Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatdan keçib. Bir qədər əvvəl xarici idmançıların Fondda qeydiyyata alınması ilə bağlı vəziyyət araşdırılıb. Biz bununla bağlı bütün futbol klublarına və digər idman federasiyalarına da məktublar göndərdik". SİA-nın məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən xarici idmançıların 90%-i və onların əmək haqları qeydiyyata alınıb: "Təbii ki, bu əmək haqlarının reallığa nə qədər uyğun olub-olmadığını deyə bilmərik. Amma onların bizdə hesabları açılıb və bu hesablara kifayət qədər normal vəsaitin daxil olduğunu görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB