Heydər Əliyev Fondunun Xocalı qətliamı ilə bağlı sənədli filmi numayiş etdirdi
26 fevralda Türkiyənin Əskişəhər Osmanqazi Universitetində Xocalı soyqrımının 21-ci ildönümü münasibətilə böyük tədbir keçirilib. SİA-ya verilən məlumata görə, Türkiyə-Azərbaycan Qardaşlıq Platforması tərəfindən təşkil edilən mərasimdə universitetin professor-müəllim heyəti, azərbaycanlı tələbələr, Türkiyə silahlı qüvvələrinin nümayəndəsi, şəhər vali və bələdiyyəsinin səlahiyyətliləri və 500 nəfər iştirak edib. Tədbir Türkiyə televizya və mətbuat nümayəndələri tərəfindən işıqlandırılıb.
Türkiyə və Azərbaycan himnləri səsləndirildikdən və soyqrım qurbanları bir dəqiqəlik sukutla yad edildikdən sonra mərasimin əsas məqsədi barəsində məlumat verilib.
Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış "Xocalı qətliamı" sənədli filmi Qarabağın tarixi, erməni əhalisinin bölgədə yerləşdirilməsi, sovet rəhbərliyinin Dağlıq Qarabağ probleminn yaranmasında rolu və Xocalı faciəsinin dəhşətləri barəsində auditoriyada tam təsəvvür yaratdı.
Çıxış edən universitetin rektoru professor Həsən Gönən Ermənistan tərəfindən törədilən Xocalı faciəsinin bütün türk xalqlarının ümumi ağrısı olduğunu, onun heç bir insanlıq qanunlarına sığmadığını bildirib.
Universitetin dosenti Tamilla Əliyeva əslən Şuşadan olduğunu söyləyərək sovet dönəmində erməni əhalisinin azərbaycanlıları sıxışdırdığını bildirib və bir neçə faktla o erməni millətçilərinin insanlığa yaraşmayan hərəkətlərini ifşa edib.
Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə belə tədbirlərin türk xalqlarının öz ümumi tarixinin öyrənilməsində əhəmiyyətini vurğulayıb. Ermənistan tərəfindən Xocalı soyqrımının məqsədli surətdə törədildiyini, bu zaman Rusiyanın Qarabağda olan hərbi hissəsindn tam yararlandığına dair faktları söyləyib. Qətliamı törətməklə Azərbaycan xalqında xof yaratmağa çalışsa da, əksinə xalqımızın öz torpağı uğrunda qətiyyətini möhkəmləndirdiyini bildirib.
Tədbirin təşkilatçısı Türkiyə - Azərbaycan Qardaşlıq Platformasıın sədri, Universitetin birinci kurs tələbəsi Elvin Əjdərli azərbaycanlı tələbələrin Xocalı soyqrımının dünyaya çatdırılmasında üzərlərinə düşən vəzifələrdən danışıb. Ermənistanın öz məqsədlərinə çatmadığını, gənçliyin torpağa sıx bağlılığını söyləyib.
Tədbir keçırılən zalda Xocalı soyqrımını əks etdirən guşə yaradılıb və stendlər düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB