SAM-ın şöbə müdiri Vüsal Qasımlının kitabını Alman nəşriyyatı çap etdi
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlının ingilis dilində "Resursla zəngin ölkələr: Modernizasiya və Diversifikasiya" kitabı Almaniyanın LAMBERT Akademik Nəşriyyatı tərəfindən çap olunub. SAM-dan SİA-ya verilən məlumata görə, müəllif kitabda Azərbaycan təcrübəsindən çıxış edərək resursla zəngin ölkələrin innovasiyaya əsaslanan və ixracyönümlü inkişafını təhlil edir. Nəşrdə Azərbaycanın yoxsulluq və orta gəlir tələsindən yan keçərək iqtisadi inkişafı ölkə Prezidenti İlham Əliyevin sistemli iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilir. Xüsusilə, diversifikasiya çağırışlarını təhlil edən V.Qasımlı institutsional, ixrac, regional və məhsul və xidmət istehsalı üzrə şaxələndirmə siyasəti sahəsində nəzəri-praktik təkliflərini verir.
V.Qasımlı kitabı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda apardığı elmi tədqiqatlar nəticəsində yazıb. Xüsusilə, Azərbaycan və Cənubi Koreyanın iqtisadi inkişaf yollarının müqayisəli təhlili maraqlı elmi nəticələr verib.
Kitab təkcə Azərbaycanın deyil, Çili, Malayziya, Hindistan və başqa sürətlə inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətinə töhfə ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB