Hollandiyada Xocalı qurbanlarının xatirəsi anılıb FOTOLAR

Hollandiyada Xocalı qurbanlarının xatirəsi anılıb FOTOLAR

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Hollandiyanın Rotterdam və Haaqa şəhərlərində geniş anım tədbiləri keçirilib. "Yaşıl çay" jurnalının Hollandiya üzrə nümayəndəsi Elxan Əliyevin əməkdaşımıza verdiyi məlumata görə, Rotterdam şəhərində keçirilən tədbirə ölkəmizin Niderland Krallığınıdakı səfirliyinin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının, Rusdilli Təşkilatların Əlaqələndirmə Şurasının, Yəhudi diasporasının nümayəndələri , yerli sakinlər və Azərbaycandan gələn qonaqlar qatılıblar. Tədbir Vahid Mustafayevin Xocalı həqiqətlərinə həsr olunmuş "Xoca" filminin nümayişi ilə başlanıb. Filmin nümayişindən sonra müzakirələr keçirilib. Filmin nümayişindən sonra Hollandiya Əyalət Məclisinin fraksiya rəhbəri, Amsterdam merinin müavini xanım Songül Akkaya çıxış edib Xocalı qurbanlarının ruhuna dualar oxunub, ehsan verilib. Tədbirdə həmçinin Türkiyədən "Hürriyyət" qəzeti, "Doğan" xəbər agentliyinin və digər KİV-lərin müxbirləri iştirak ediblər.

Ümumiyyətlə tədbirdə 100-dən çox adam iştirak edib.

Haaqada da burada fəaliyyət göstərən Azərbaycan dərnəklərinin təşkilatçılığı ilə Xocalı faciəsini anmaq məqsədilə tədbirlər keçirilib.Öncə burada Xocalı şəhidlərinə qoyulmuş abidə ziyarət olunub, önünə əklillər qoyulub. Tədbirdə V.Mustafayevin "Xoca" filminin nümayişinə müxtəlif diasporların, diplomatik orqanların nümayəndələri qatılıb. Filmin nümayişi başa çatdıqdan sonra Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin prezidentləri çıxış ediblər. Natiqlər

Xocalı faciəsini dünyaya çatdıran filmə görə Vahid Mustafayevə öz təşəkkürlərini bildiriblər.

AHHC-nin sədri və Benelüks Azerbaycanlıları Konqresinin (BAK) birinci vitse prezidenti Elsevər Məmmədovun rəsmi çıxışlarından sonra Xocalıda qətlə yetirilənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Hazırladı: S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə