Şəmkirdə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilib
Bu gün Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayətdir mövzusunda Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət evində tədbir keçirildi. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısı Nazim Veysov Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz və qanlı səhifələrindən olduğunu vurğulayıb, ermənilər tərəfindən törədilmiş qırğının dəhşətli nəticələrindən danışıb, soyqırımı qurbanlarının xatirəsinin dünyanın bir çox ölkələrində anıldığını bildirıb. Daha sonra Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Taryel Məmmədov məruzə ətrafında çıxış edib.
Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Xocalı soyqırımı barədə tədbir iştirakçılarına qısa məlumat verib. O bildirib ki, 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu olamayan olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olub: "Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edibər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb, az bir vaxt ərzində şəhərdə yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib".
Məruzə ətrafında digər çıxış edənlər Şəmkir rayon Mərkəzi xəstəxanasının Baş həkimi Nurəddin Əhmədov, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir rayon Veteranlar Şurasının sədri İsbəndiyar Gözəlov və digərləri bu hadisəni törədənləri qınayaraq, bütün dünya dövlətlərini bu soyqırıma siyasi qiymət verməyə çağırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB