Gəncədə Xocalı faciənin anım mərasimi keçirilib FOTO

Gəncədə Xocalı faciənin anım mərasimi keçirilib FOTO

Xocalı rayonundan olan məcburi köçkünlərin ən çox məskunlaşdığı Gəncənin Hacıkənd qəsəbəsində anım tədbiri keçirilib. SİA-nın Qərb bürosunun xəbərinə görə, tədbirdə ilk olaraq şəhidlərin xatirəsinə əklil qoyulub. Məktəblililərin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilib. Şagirdlərin gözü ilə faciənin dəhşətləri bir daha xatırlanıb. Ardından şəhidlərin ruhuna ehsan süfrəsi açılıb. Anım mərasiminə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev də qatılıb. İcra Aparatının rəhbəri burada yaşayan xocalılarla görüşüb. Görüşdə Vəliyev vətəndaşların üzləşdikləri problemləri və çətinlikləri dinləyib. Əhali əsasən kommunal çətinliklərin aradan qaldırılmasını xahiş edib. Xüsusən qəsəbənin mavi yanacaqla təmin olunması, ərazinin telekomunnikasiya sisteminin çəkilməsi kimi xahişlər səslənib. Şəhər rəhbərinin göstərişi ilə sadalanan problemlər yerindəcə həll edilib.

İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə