Masallıda anım tədbiri keçirilib

Masallıda anım tədbiri keçirilib

Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, fevralın 26-da Masallı şəhər "Qəhrəmanlar parkı"nda soyqırım qurbanlarının anım mərasimi keçirilib.

Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər və rayon sakinləri 26 fevral soyqırımı qurbanlarının əziz xatirəsi önünə təzə tər gül dəstələri düzmüş, soyqırım qurbanlarının ruhuna dualar oxuyublar.

Sonra Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət şöbəsinin xalq teatrının üzvlərinin ifasında əbədi-bədii kompozisiya təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə