Lənkəranda Xocalı qurbanlarının xatirəsi anılıb

Lənkəranda Xocalı qurbanlarının xatirəsi anılıb

21 il bundan əvvəl Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Xocalı şəhəri erməni faşistləri tərəfindən yerlə yeksan edidi. 1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, bir gecə ərzində silahsız insanlara qarşı amansız qəddarlıq nümayiş etdirildi, və nəticədə 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir düşmüşdür. 150 nəfərin taleyi hələ də məlum deyildir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda da bu münasibətlə geniş anım tədbiri keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin Soyqırım xatirə parkında ucaldılan abidənin önünə gələrək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Sərraf Mİrsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə