Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ənənəvi olaraq hər il Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramını həyata keçirir. SOCAR-dan SİA-ya verilən məlumata görə, Daxili Təqaüd müsabiqəsinə müraciət onlayn qaydada qəbul edilir və daha çox tələbənin bu layihədən yararlanaraq ARDNŞ-nin təqaüdünü qazanmasını təmin edir.

DİQQƏT! Azərbaycan Respublikası Dövlət Neft Şirkəti daxili təqaüd müsabiqəsinə start verib. Müsabiqə 2012-2013-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir. Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 11 Mart 2013-cü ilə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...