Xocalı soyqırımına musiqi yazıldı

Xocalı soyqırımına musiqi yazıldı

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu və Qazaxıstan Respublikasının qərb bölgələrində təhsil alan azərbaycanlı gənclər tərəfindən 21 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kompaniyası çərçivəsində 2013-cü ilin fevral ayını Xocalı ayı elan edib.

SİA-nın məlumatıan görə, Xocalı ayı çərçivəsində Baş konsulluq tərəfindən Aktau şəhərində yaşayan və rep üslubunda oxuyan azərbaycanlı gənc musiqiçilər arasında "Xocalı soyqırımı" mövzusunda yazılmış musiqi layihələrinin dəstəklənməsi həyata keçirilib.

Sözləri gənc soydaşımız Elşən Mehdiyev tərəfindən yazılmış və müəllif tərəfindən ifa edilən "Biz Xocalıya ədalət tələb edirik" (rus dilində), İlkin Şıxverdiyev tərəfindən yazılmış (sözləri də ona iddir) və Royal Quliyev ilə birgə ifa olunan "Soyqırım" mahnılarının studiyalarda yazılması və səsləndirilməsi üçün Baş konsulluq tərəfindən hərtərəfli yardım göstərilib.

Qeyd edik ki, mahnılar www.yotube.com saytında yerləşdirilib.

http://youtu.be/w7oXeUGk-Mc

http://youtu.be/XwoIFtO4NUc

Bütün xəbərlər Facebook səhifəmizdə