ANAMA-da 28 yanvar 2013-cü il tarixindən "Əsas Humanitar Minatəmizləmə Təlimi" başlanılıb. Qurumdan SİA-ya verilən məlumata görə, təlim ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) qurumu tərəfindən keçirilib. Təlimdə 29 nəfər yeni müdavim və 3 nəfər Xarici Keyfiyyət Yoxlaması bölməsinin işçiləri iştirak ediblər. Təlim müddətində müdavimlər ilk yardım, mina və sair hərbi sursatların tanınması, mina detektorlarından istifadə edərək hədəflərin aşkar olunması, minaaxtaran itlər və mexaniki minatəmizləyən maşınlarla birgə əməliyyatlarda iştirak etməsi və sair qaydalara dair bilik və bacarıqlara yiyələniblər.
Qeyd edək ki, kursu uğurla başa vuracaq müdavimlərə Əsas Humanitar Minatəmizləmə üzrə sertifikatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB