Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəzi yol və prospektlərin bağlandığını bildirib. Onun sözlərinə görə, paytaxtın Xətai rayonunun Xocalı prospektindəki "Ana fəryadı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə Xocalı prospekti istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Vaqif Əsədov bildirb ki, anma mərasiminin başlanması ilə əlaqədar səhər saat 8:00-dan ehtibarən tədbir tam başa çatanadək paytaxtın Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət Orucov, Fəzail Bayramov və Sabit Orucov küçələri kəsişməsi ilə Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.
Sürücülərdən mərasimin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB