25 fevral tarixində Türkiyənin Giresin şəhərinin Atatürk mərkəzi parkında Xocalı soyqırımını anma tədbiri keçirilib. SİA-ya millət vəkili Aydın Mirzəzadənin verdiyi məlumata görə, Giresun Universitetinin təşkil etdiyi tədbirə universitet müəllim və tələbələri, valilik və bələdiyyə nümayəndələri, Azərbaycanı sevən şəhər vətəndaşları, ümumilikdə 3 minə qədər insan iştirak edib.
Tədbirdə "Türkün qanayan yeri - Xocalı", "İnsanlığın görmədiyi vəhşilik - Xocalı qətliamı ", "Tək millət - Xocalıya ədalət" və digər bu məzmunlu şüarlar qaldırılıb. Türkiyə və Azərbaycan himninin səsləndirilməsindən sonra Xocalı soyqırımında Ermənistan silahlı qüvvələrinin əlindən həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giresun universitetinin tələbələri tərəfindən Xocalı soyqırımının qurbanları teatrlaşdırılmış formada təsvir edilib.
Tədbirdə Türkiyə millət vəkili Sinan Oğan, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Giresun universitetinin rektoru, azərbaycan əsilli Aygün xanın Attar iştirak ediblər.
Bir saata qədər davam edən tədbiri Türkiyənin tanınmış teleşirkətləri, mətbuat orqanları işıqlandırıblar. Yerli telekanallar tədbirdən canlı yayım verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB