Fevralın 24-ü gündüzdən 25-i səhərədək ölkə ərazisində yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, ərazidən axan Lənkərənçay-Lənkəranda suyun səviyyəsində 28 sm, Lənkərançay-Sifidorda 8 sm, Vəşərüçay-Daştatükdə 17 sm, Viləşçay-Şıxlarda 24 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-170, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında 100-290, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 144 m3/s və ongünlük normanın 74 faizini təşkil edilib.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 70 m3/s təşkil edib və ongünlük normanın 92 faizinə bərabər olub.
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17 sm, Şirvanda 4 sm, Bankədə 2 sm, Salyanda 16 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 424 sm (2012-ci il fevralın 25-də 622 sm), Şirvanda 295 sm (2012-ci il fevralın 25-də 514 sm), Salyanda 296 sm (2012-ci il fevralın 25-də 466 sm), Bankədə 245 sm (2012-ci il fevralın 25-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il fevralın 25-də 325 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB