Türkiyəli media nümayəndələri soyqırımı məzarlığında

Türkiyəli media nümayəndələri soyqırımı məzarlığında

Türkiyənin aparıcı KİV nümayəndələri Qubadakı soyqırımı məzarlığını ziyarət edib. Ermənilərin Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Qubada törətdiyi soyqırımı barəsində məlumat toplayan jurnalistlər hər bir insanda dəhşət doğura biləcək faktlarla rastlaşdıqlarını bildiriblər.

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının dəvəti ilə Türkiyənin aparıcı KİV nümayəndələri ölkəmizə gəlib. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşi qırğınları araşdıran jurnalistlər Xocalıda, həmçinin tarix boyu Azərbaycanın müxtəlif bölgələrində baş verən soyqırımları barəsində ətraflı məlumatlar toplayacaqlar.

Soyqırım məzarlığını ziyarət edən Türkiyənin media nümayəndələrinə ermənilərin 1918-ci ildə Quba qəzasında 16 mindən çox dinc sakini amansızlıqla qətlə yerirməsi, soyqırım qurbanların bir hissəsinin sümüklərinin faciədən 89 il sonra kütləvi şəkildə aşkarlanması barədə məlumat verilib.

Daha sonra Rayon İcra Hakimiyyətində Türkiyə media təmsilçilərinin iştirakı ilə Xocalı faciəsinə,1918-ci ilin Quba soyqırımına həsr edilmiş dəyirmi masa keçirilib. Onu da qeyd edək ki, erməni vəhşiliyinin real nişanəsi olan Quba soyqırımı məzarlığı son günlər tez-tez ziyarət edilir. Ziyarətçilər arasında doğma diyarına həsrət qalan Xocalı məktəbliləri də var.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə