Sabir Məmmədov: "Xocalının qisası qiyamətə qalmayacaq" MÜSAHİBƏ

“Ermənilər Polyaniçkonu təhqir edib sürücüləri Vahid və Habili qətlə yetirmişdilər”
Sabir Məmmədov: "Xocalının qisası qiyamətə qalmayacaq" MÜSAHİBƏ

Müsahibimiz 1990-1993cü illər də Xocalı şəhərinin polis rəisi olmuş Sabir Məmmədovdur

- Sabir müəllim, erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda törətdikləri soyqırımı zamanı siz şəhərin polis rəisi olmusunuz. Bu şöbənin yaranması və fəaliyyəti haqda məlumat verməyinizi xahiş edirik.

- İlk öncə onu deyim ki, Xocalı şəhərinin və azərbaycanlıların yaşadığı qonşu kəndlərin əhalisinin əmin-amanlığı keşiyində dayanmaq və ermənilərin özbaşınalıqlarının qarşısını almaq üçün daxili işlər naziri Məhəmməd Əsədovun şəxsi təşəbbüsü və köməyi ilə yaradılmış polis şöbəsi öz ətrafında 58 nəfər polis əməkdaşını birləşdirmişdi. Respublika Daxili İşlər Nazirliyinin tikinti idarəsi çətinliklərə baxmayaraq, müasir tipli, ikimərtəbəli binanı qısa müddətdə polis əməkdaşlarının istifadəsinə vermişdi. Bölmənin əməkdaşları vilayətin ərazisində silahlı birləşmələrin ləğv edilməsində pasport rejiminin yoxlanılmasında fəal iştirak edirdilər. Bir dəfə Təşkilat Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə rəhbəri V.Polyaniçko məni Xankəndinə (keçmiş Stepanakert) çağırıb soruşdu ki, nə üçün mən polis sıralarında xidmətə ancaq ağdamlıları qəbul etmişəm. Mən şəxsi heyətin siyahısını, ünvan və işə qəbulu günlərini tərtib etdim. Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədova göstərdim, oxuduqdan sonra imza atmaqla möhür vurdu və qeydiyyatdan keçirib mənə qaytardı. Səhəri gün yenidən təşkilat komitəsinə gedib V.Polyaniçkoya təqdim etdim. O, siyahını diqqətə nəzərədən keçirib bir nəfər sürücümdən başqa hamısının Xocalıdan olduğunu görəndə başını bulayaraq: "Vot tebe svoloç Qadjiyev (Vay səni əclaf Hacıyev), - deyə öz-özünə deyindi və siyahısını stolun üstünə atdı. V.P.Polyaniçkonun dediyi "Vot tibe svoluç Qadjiyev" cümləsi fikrimdən çıxdı. Görəsən kimi nəzərdə tuturdu?

- 21 sentyabr 1991-ci ildə Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Stenaparketdə əhali ilə görüş keciriblər. Erməni təxribatının qarşısının alınması ücün qabaqlayıcı tədbirlər görüldümü?

- Sualınızı cavablandırmadan öncə onu deyim ki, o zaman DQMV-nin bütün ərazisi od tutub yanırdı, erməni quldur dəstələrinin terror əməlləri nəticəsində azərbaycanlılar öz el obalarına gedib-gəlməkdə cətinlik cəkirdilər. 1988-ci ildən 1993-cü ilə qədər orada işləmiş və yaşamış adamlar baş verənləri gözləri ilə görüblər və o günləri olduğu kimi düzgün, dəqiq təsvir edə bilərlər. Yeri gəlmişkən onu da deyim ki, bu bölgənin yolunu tanımayan şəxslər bəziləri tanısalar belə baş verənlərdən xəbərsiz olduqları halda özlərindən uydurma hadisələr düzəldirlər. Yazanlar da az deyil. Hər bir şəxs həqiqəti deməli, haqqa qiymət verməlidir. Axı gələcək övladlarımız DQMV-də və eləcə də, Xocalıda olmuş hadisələrə və onun şəxsən iştirakçılarına əldə etdiyi qəzet, jurnal, kitablara qiymət verəcək, tarixi sənəd kimi inanacaqlar. Hazırda elə adamlara rast gəlirsən ki, heç DQMV-də, Xocalıda, Şuşa və.s yerlərdə olmaya-olmaya kitablar yazır, qəzetlərdə, televizya verlişlərində operativ çıxışlar edirlər. 1991-ci il 18 sentyabrnda Xocalı şəhər milis şöbəsinə rəsmi məlumat gəldi ki, 20 sentyabr 1991-ci ildə Azərbaycanın, Rusiyanın və Qazaxıstanın dövlət rəhbərləri DQMV münaqişəsinin həlli ilə bağlı Stenaparketə gələcəklər. Mən Xocalı şəhər polsi rəisi kimi dərhal şəxsi heyəti yığıb, onları mühafizə tədbir planı ilə tanış etdim. Nəhayət 21 sentyabr 1991-ci il tarixində Rusiya prezidenti Boris Yeltsin, Qazxıstan prezidenti Nazarbayev, Azərbqaycan prezidenti Ayaz Mütəllibov, Azərbaycan Respublikasının daxili işlər naziri Məhəmməd Əsədov və başqa nümayəndələr hərbi vertolyotla Xocalı hava limanına endilər. Dövlət rəhbərlərinin iştirakı ilə ermənilərlə görüş keçirildi. Ermənilər bir neçə dəfə təxribar törədib görüşü pozmağa çalışdılar. Bu baxımdan da demək olar ki, görüş nəticəsiz başa çatdı. Həmin vertolyotda Azərbaycan kinostudiyasının operatoru Elxan Əliyev, teleradio şirkətinin əməkdaşı Nadejda İsmayılova, İstanbulda çıxan "Zaman" qəzetinin müxbiri Yılmaz Polad və onlardan başqa iki qadında da vardı. Onları xidməti polis maşınında apardım. Mənimlə Xocalı polis bölməsinin cinayət axtarış şöbəsinin baş əməliyyatı müvəkili Hafiz Adilov da gəldi. Ermənilər bu zaman mitinq edir, öz dillərində söyüş söyürdülər. İzdihamın içi ilə adamları yara-yara keçdiyimiz müddətdə erməni arvadları bizim azərbaycanlı olduğumuzu bilən kimi türk Yılmaz Poladın üst-başını cırıq-cırıq etdilər. Həmin vaxt ermənilər operator Elxan Əliyevi oğurladılar. Onlar bizim hər birimiz girov götürmək istəyirdilər. Bizimlə olan jurnalist Nadejda İsmayılova yuxarı qalxıb, rəhbərliyə məruzə etdi. Mikrafon vasitəsilə ilə ermənilərə ultimatum verildi ki, elə bu dəqiqə Elxan Əliyevi gətirməlidirlər. Yoxsa biz DQMV barədə heç bir söz deməyəcəyik. Fikir söyləməyəcəyik. Hardasa bir müddətdən sonra Elxan Əliyev azad edildi.

- Həmin vaxt ermənilər Polyanickonun azərbaycanlı sürücülərini qətlə yetirmişdirlər. Cinayəti törədənlər tapıldımı?

- Ermənilər V.Polyaniçkonun sürücüsü Xocalı sakini olan Vahid və Habili Əsgəran rayonun düz ortasında qətlə yetirmişdilər. Elə həmin gün Şuşa-Ağdam avtomobil yolu ermənilər tərəfindən düz Əsgəran qalasının keçidində betonlanaraq bağlandı. Artıq maşınla gediş-gəliş kəsilmişdi. Xocalı, Əsgəran, Noraguh, Mehdikənd, Bozdağ, Daşbulaq, Naxçivanik, Həsənabad, Kətik, Dahrab və.s kəndlər ermənilər tərəfindən üzük qaşı kimi əhatə olunmuşdu. 1992-ci ildə yanvarın 30 idi. DİN–nə getmişdim. Orada rəhmətlik Əlif Hacıyevlə rastlaşdım. Əliflə söhbət zamanı məlum oldu ki, o Gəncəyə vertolyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-dən aldığım hərbi sursatı Ağdama oradan da Xocalıya aparmalı idim. Ağdam rayonuna gədikdən sonra Əlifdən bir xəbər çıxmadığını görcək vertolyot aparmaq qərarına gəldim. Nəhayət çox çətinliklədə olsa da DİN-nin xətti ilə DQMV Dİİ-in rəisi müavini işləmiş o vaxt sərəncamda olan polkovnik Sadir Məmmədovun köməkliyi ilə vertolyot əldə edə bildik. DQMV-də vəziyyət get-gedə pisləşirdi. Artlıq ermənilər daş dövründəki yaraqlardan müasir silaha, qrada, topa əl atmışdılar. Biz polis əməkdaşları Əsəgərana, Stepanakertə iclaslara gedəndə və gələndə hər an qətlə yetiriləcəyimizi düşünürdük. O vaxt belə yolla çox adam oğurlayıb girov götürürdülər. Həsənabad, Malıbəyli, Quşçular kəndləri yandırılıb dağıldığı üçün artıq Xocalının da işğal edilməsi təhlükəsi yaranırdı. Artıq yaralıları nəinki müalicə etmək və hətta Xocalıdan çıxarmaq belə cox çətin idi. Ərazi döyüşlərinin birində Xocalı sakini Felmarın aldığı güllə yarısı ayağından qanqrena vemişdi. 1992-cı il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26, üç ədəd qoruyucu "Krokodil" vertolyotlarının müşayət ilə gətirildi. Bu vertolyotlarla Felmarı və digər yaralıları Bakıya yola sala bildik.

- Deməli Erməni-rus hərbi birləşmələrinə qarşı qeyri-bərabər müharibədə digər torpaqlarımız kimi Xocalıda işğal edildi və əhaliyə qarşı soyqırım aktı törədildi?

- Bəli erməni-rus hərbi birləşmələri Xocalıya bir neçə istiqamətdə hücum etdilər. Koçaryanın, Sarkisyanın, Ohanyanın və rus alayının komandirlərinin başçılığı ilə Xocalı şəhəri güclü top atəşinə məruz qaldı. Qeyri-bərabər döyüşdə Xocalı şəhər polisi də düşmənə qarşı ölüm-dirim savaşı aparıb onlara sarsıdıcı zərbələr endirdi. Amma nə edək ki, düşmən hərbi texnika və qüvvə baxımından bizdən bir neçə dəfə say etibarı ilə çox olduğundan Xocalı şəhəri işğal edildi. Xocalıda ermənilər bəşəriyyətin ən qəddar cinayətlərindən olan Xatın soyqrımını törətdi. Xocalı soyqrımı nəticəsində dinc sakinlər, o cümlədən qocalardan, uşaqlardan ibarət meşədə 613 nəfər erməni cəlladları tərəfindən gülləbaran edilmiş və 1725 nəfər girov götürülmüşdü. 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Ermənilərin törətdiyi Xocalı Soyqrımı bəşəriyytə və insanlığa qarşı bir cinayətdir. Bu cinayət isə cəzasız qala bilməz.

Ruqiyyə Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə