Gəncənin ali məktəblərində faciənin ildönümü anılır FOTOLAR

Gəncənin ali məktəblərində faciənin ildönümü anılır FOTOLAR

Xocalı soyqrımının ildönümü ilə bağlı anım tədbirləri davam edir. Müəllimlər İnstitutunun Gəncə şəhər filialında faciənin qurbanları bir daha yad olunub. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdən öncə şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Ardından faciə barədə məlumat verilib.

Bildirilib ki, 21-ci əsirin ən ağrılı faciələrindən olan Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən amansız qırğınlardan biri kimi tarixə düşüb. Günahsız insanlara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ermənilər xalqımıza qarşı misli görünməyən dəhşətli cinayət həyata keçirib. Baxmayaraq ki hadisələrə bu gün dünya birliyi hələ də göz yumur, Xocalıda yüzlərlə soydaşımız qətlə yetirilib, əsir götürülüb.

Anım mərasimində faciənin dəhşətləri ilə bağlı tələbələrin iştirakı ilə düzənlənən ədəbi-bədii kompazisiya təqdim edilib. Təxminən 1 saatdan artıq davam edən anım mərasimi göz yaşları ilə yekunlaşıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə