Bu gün Milli QHT Forumu (MQF), Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq QHT Xocalı soyqırımının 21-ci ildönümündə bir araya gəliblər. SİA-nın məlumatına görə, MQF-nin prezidenti Rauf Zeyni və ATXƏM-in sədri İlham İsmayılov çıxış edərək həmin hadisələrlə bağlı fikirlərini çatdırıblar.

Qeyd edək ki, geniş müzakirələrdən sonra tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, bütün dünyada fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından müraciət ünvanlanıb.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə