BDU-da Xocalı faciəsi anıldı

Bu gün Bakı Dövlət Universitetində ( BDU) Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçiririb. SİA-nın xəbərinə görə, tədbirdə Universitetin professor, müəllim və tələbə kollektivi iştirak edib.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbirdə çıxış edərək ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı barəsində danışıb. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan, tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqrımlardan biridir.

O, bildirib ki, XX əsrin dəhşətli faciəsi Xocalı soyqırımı təcavüzkar erməni xislətinin məntiqi nəticəsi olaraq, insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir: "Biz heç vaxt və heç zaman bu soyqırımı faktını unutmamalıyıq".

Daha sonra filologiya fakultəsinin tələbələri Zəlimxan Yaqubun "Xocalım, ay Xocalım" şeirini səsləndiriblər.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə