Gəncədə sahiblərini gözləyən qəbirlər var

Gəncədə sahiblərini gözləyən qəbirlər var

Gəncə şəhərində sahibi olmayan qəbirlər var. SİA-nın Qərb bürosunun araşdırmasına görə, şəhərin qəbirstanlıqlarında bəzi vətəndaşlar sağlığında özləri üçün qəbirlər düzəltdirib. Maraqlısı odur ki, bu cür qəbirlərin əksəriyyəti daha görünüşlü şəkildə hazırlanıb.

Qəbirstanlıqların birində əhaliyə xidmət göstərən və adının çəkilməsini istəməyən din xadimi deyib ki, bu cür hallar müşahidə olunmaqdadır. Belə məzarların dəqiq sayı tam bilinməsə də, Gəncənin qəbirstanlıqlarında analoji hallara rast gəlmək olur. Gəncə şəhər Came Məscidindən isə deyirlər ki, İslam dini baxımından bu tip halların baş verməsi yolverilməz və günhadır.

Mövzu ilə bağlı araşdırmalarımızdan sonra daha geniş məlumat verəcəyik.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə