Türkiyə Radio Televiziya Qurumunun (TRT) kanalları son 4 gündə Xocalı faciəsi ilə bağlı proqramlar yayınlayıb və hazırda bunu davam etdirir. SİA-nın məlumatına görə, TRT-1, "TRT Haber", "TRT Türk", "TRT Avaz" və TRT-nin ərəbcə kanalında Xocalı həqiqətləri izləyicilərə çatdırılır. Fevralın 24-də gecə ərəbcə kanalda ərəb dünyası Xocalı soyqırımı haqda məlumatlandırılıb.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan fevralın 26-da TRT-nin 5 kanalında Xocalı haqqında özəl proqramlar veriləcəyini söyləyib. "TRT Avaz" gün ərzində faciənin ildönümünü diqqətdə saxlayacaq. Verilişlərə Azərbaycandan ekspertlər və millət vəkilləri də qatılacaq. Azərbaycan XİN-in sözçüsü Elman Abdullayev isə "TRT Haber"in qonağı olacaq.
Qeyd edək ki, TRT Bakı təmsilçiliyinin hazırladığı "Hayellerim vardı" və "Hocalı yaşıyor" adlı sənədli filmlər də ekranlara gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB