Bakı Ali Neft Məktəbində Xocalı faciəsi anılıb

Bakı Ali Neft Məktəbində Xocalı faciəsi anılıb

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqrımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov və BANM-nin kollektivi iştirak ediblər.

Xocalı Abidəsini ziyarət etdikdən sonra tədbirdə çıxış edən məktəbin rektoru Elmar Qasımov deyib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqrımlardan biridir: "Lakin çox təssüflər olsun ki, dünya ictimayyəti bu məsələyə indiyədək yetərli qiyməti verməyib. İnanıram ki, ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqrımı dünya ictimaiyyəti tərəfindən tanınacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında əməllərinə görə cavab verəcəklər".

Bəxtiyar Sadıqov isə bildirb ki, Xocalı soyqrımı 20-ci əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir: "O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında fəal olmağa çağıraraq bildirib ki, bu soyqrımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün taleyüklü məsələdir".

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı Soyqrımı" filimi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə