Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstar və həyat yoldaşı Feys Morninqstar Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Mingəçevir Regional ofisində olublar. Ofisin koordinatoru Tural Kərimov qonaqları Mərkəzin strukturu və yerləşdiyi məkanla tanış edib. Mərkəzin fəalları ilə söhbət aparan səfir R.Morninqstara təşkilatın fəaliyyət istiqamətləri, reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, görüşdə müxtəlif sahələrdə birgə həyata keçirilə biləcək layihələrlə və fəaliyyət perspektivləri ilə bağlı müzakirə aparılıb.
Səfir Mingəçevirə ilk dəfə gəldiyini bildirib və səfirliyin Mərkəzlə əməkdaşlığından məmnunluq duyduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB