Ankarada Xocalı aksiyasına hücum: 7 yaralı

Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb

Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücum olub. "Anadolu" agentliyinin verdiyi məlumata görə, hadisə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün imza toplanılması zamanı baş verib. Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxs hücum edib. Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...