SAM-ın eksperti Afina Qaz Forumunda iştirak edəcək

SAM-ın eksperti Afina Qaz Forumunda iştirak edəcək

25-26 fevral 2013-cü il tarixlərində SAM-ın enerji eksperti Gülmira Rzayeva "International Herald Tribune" (The New York Times qəzetinin qlobal nəşri) tərəfindən təşkil olunacaq "Afina Qaz Forumu"-nda məruzə ilə çıxış etmək üçün Afinaya səfər edib. SAM-dan SİA-ya verilən məlumata görə, forumda əsasən enerji və regional geosiyasət, cənub-şərqi Avropa bazarı, şərqi Aralıq Dəniz regionundan yaxın gələcəkdə yeni qazın Avropaya ixracı, Cənub Qaz Dəhlizi və Şah Dəniz layihəsi və s. kimi mövzular müzakirə olunacaq.

Tədbirdə Yunanıstanın baş naziri Antonis Samaras (Antonis Samaras), Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Makis Papageorgiyu (Makis Papageorgiou), Beynəlxalq Müdafiə Araşdırmalar Mərkəzinin direktoru, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza (Matthew Bryza), İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Kladio de Vinsenti (Claudio de Vincenti), BP Şah Dəniz II layihəsinin vitse-prezidenti Jon Baldvin (John Baldwin), Yunanıstan Parlamentinin deputatı Yanis Maniatis (Yannis Maniatis) və digər məruzəçilər çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə