Sankt-Peterburqun Frunze rayonunda 20-dən çox azərbaycanlının iştirak etdiyi kütləvi davaya səbəb olan qız ərə gedir. SİA-nın məlumatına görə, tərəflər artıq razılığa gəlib və qız onu qaçıran gəncə ərə gedəcək. Həmçinin tərəfləri barışdırmaq üçün bu gün Şəmkir rayonundan ağsaqqalların Rusiyaya getdiyi bildirilir. Barışıq mərasimində 300-dən çox insan iştirak edib. Onların arasında diaspora nümayəndələri və ictimai təşkilatların təmsilçiləri də olub. Mərasim "Korantiya" otelinin zallarından birində baş tutub.
Xatırladaq ki, 19 fevralda Şəmkirdən olan iki ailə arasında baş verən kütləvi davaya səbəb qız qaçırılması oub.
Kütləvi dava zamanı odlu və travmatik silahlara, bıçağa, beysbol ağacına əl atılıb. Nəticədə 26, 27, 52 və 55 yaşlı Azərbaycan vətəndaşları xəsarət alaraq xəstəxanaya düşüblər. Təsadüfən yoldan keçən bir kişi və gənc qız da yüngül xəsarət alıblar. Faktla bağlı cinayət işi qaldırılıb. 15-dən çox şəxs saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB