Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir
Millət vəkilləri Qənirə Paşayeva və Rövşən Rzayev bunu Berlində dedilər
Berlin şəhərində "Türk evi"ndə Xocalı faciəsi ilə bağlı coxlu sayda insanın qatıldığı anım tədbiri keçirilmişdir. Tədbirin təşkilatçıları "Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi", "Atatürk Düşüncə Dərnəyi Berlin - Branderburq mərkəzi" və Almaniya Türk –Azəri Birliyi" və digər qurumlar olmuşlar. Tədbirə Azərbaycanın Almaniyadaki səfirliyinin və Türkiyə Cumhuriyyəti Berlin Baş Konsulluğu da yaxından dəstək vermişdir. Tədbir şəhidlərin bir dəqiqəlik anılmasi ilə başlamiş, daha sonra Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirilmişdir. Tədbirdə Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahverdiyev, Türkiyə Cumhuriyyəti Berlin Baş Konsulu Ehmed Basar Sen, Kuzey Kıbrıs Cumhuriyyətinin təmsilçisi Kamal Gokeli, Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi"nin rəhbəri Samirə İsmayılova açılış nitqi söyləmişlər. Bundan sonra Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilmisdir. Daha sonra professor Hakki Keskin tədbiri açaraq sözu Azərbaycandan gəlmiş millet vekilleri Qenire Pasayeva və Rövşən Rzayevə vermişdir.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirmişdi ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirdi ki, Xocalı Soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər:
" Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur."
Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Millət vəkili Rövşən Rzayev ermənilərin 21 il əvvəl dinc azərbaycanlılara qarşı qətliam törətdiklərini, Xocalı faciəsinin insanlığa qarşı edilmiş bir cinayət olduğunu və bu cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini qeyd etmiş, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdı.
Tədbirin sonunda söz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) eksperti tarixçi Məhərrəm Zülfüqarlıya verilmişdir. Natiq Azərbaycan xalqına qarşı ermənilərin tarixən törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş şeirlər səslənmiş, kitablar təqdim olunmuş, suallara cavab verilmişdir. 23 fevralda Almaniyanın Frankfurt və Maqdenburq şəhərlərində, 24 fevralda isə Hamburqda analoji tədbirlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB