Millət vəkili Türkiyədə Xocalı soyqırımından danışacaq

Millət vəkili Türkiyədə Xocalı soyqırımından danışacaq

Millət vəkili Aydın Mirzəzadə Türkiyə universitetlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil edilmiş tədbirlərdə iştirak edəcək. SİA-ya verdiyi açıqlamasında millət vəkili bildirib ki, fevral ayının 24-27 arası Türkiyənin Giresun Üniversiteti və Eskişehir Osmangazi Üniversitetlərində Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qanlı faciənin 21-ci ildönümü münasibəti ilə təşkil edilən tədbirlərə qatılacaq.

"Fevral ayının 25-də Giresun Üniversitetində, fevral ayının 26-da Eskişehir Osmangazi Üniversitetlərində universitet müəllim və tələbə heyyətlərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin, mətbuat nümayəndələrinin iştirak etdiyi böyük tədbirlər keçiriləcək. Tədbirlərdə universitet və şəhər nümayəndələri çıxış edəcək, bu qanlı hadisəni əks etditən kitab və video çarxlar nümayiş etdiriləcəkdir", - A.Mirzəzadə bildirib.

Millət vəkili deyib ki, tədbirlərdə çıxış edərək faciə haqqında ətraflı məlumat verəcək, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəində yaranan problemlərdən danışacaq, Türkiyə-Azərbaycan dostluğunun sarsılmazını vurğulayacaq: "Səfər çərçivəsində Qiresun və Eskişehir valiləri, bələdiyyə başqanları, ictimaiyyət namyəndələri ilə görüşləri və mətbuat orqanlarına müsahibələr verilməsi nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə