Polis bölməsinə "top-tüfəng"lə gedib

Polis bölməsinə "top-tüfəng"lə gedib

Tovuz rayon sakini özündə olan silah-sursatı polisə könüllü təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Yasin Sadıqov 1 ədəd "KOMBAT-PP" markalı qaz tapançasını, 1 ədəd ov tüfəngini, 1 ədəd "F-1" qumbarasını və 219 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Qovlar polis bölməsinə təhvil verib.

Hazırda Sadıqovun bu qədər silah-sursatı necə əldə etməsinə dair araşdırma aparılır.

Silahların əvvəllər törədilmiş hər hansı cinayətdə istifadə olunub-olunmasını təyin etmək məqsədilə ekspertiza təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə