Ermənistanın seçkilərdən sonra sancıları başlayıb. Bu da əbəs yerə deyil. İnqilab artıq doğulmaq ərəfəsindədir. Bunu Ermənistanda tərəfdarları qarşısında çıxışı zamanı prezidentliyə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovanisyan bildirib.
Hakimiyyət mətbuatının yazdıqlarının əksinə olaraq Sarkisyanla heç bir danışıqlara, razılaşmaya getməyəcəyini deyən Ovanisyan mitinqlərin təkcə paytaxtda yox, eyni zamanda ölkənin Aştarak, Vanadzor, Gümrü və Spitak şəhərlərində keçirmək fikrində olduğunu deyib. Fevralın 24-də "İrs" liderinin tərəfdarları İrəvanda toplaşacaqlar.
R.Ovanisyanın hakimiyyəti xəbərdar edib ki, dinc aksiyalar güc tətbiqi ilə dağıdılsa, günahkarlar xalq qarşısında cavab verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB