Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərindən dərhal sonra qeyri-rəsmi qalib elan edilmiş Serj Sarqsyana təbrik məktubu ünvanlaması başadüşülən deyildir. Ermənistan prezident seçkilərinin hələlik ilkin nəticələri açıqlanıb, bu ölkədə hələ də gərginlik yaşanmaqdadır. Daxili siyasi proseslər gərgin olaraq qalır. Yerevanda və digər bölgələrdə yüz minlərlə insan Sarqsyanın qalib edilməsinə etiraz nümayişlərinə çıxıb. Bunun nə ilə nəticələnəcəyi isə qeyri-müəyyəndir.
İkincisi, Serj Sarkisyan başda olmaqla Ermənistan rəhbərliyi Türkiyəyə qarşı həmişə aqressiv siyasət yürüdüb, onun torpaqlarına iddia edir və beynəlxalq miqyasda Türkiyənin mənfi imicinin formalaşması üçün əllərindən gələni edirlər. Bu məsələ isə Türkiyə ilə yanaşı Azərbaycanda da daima ciddi narahatlıq doğurub.
Prezident Gülün təbriki Türkiyənin Böyük Millət Məclisində və nüfuzlu kütləvi informasiya vasitələrində də ciddi etirazla qarşılanıb və türk dövlət başçısı təbrikə görə qınanır.
Bu Türkiyənin öz daxili işi olsa da Azərbaycanda yaranmış narazılıq qardaş ölkənin xarici siyasətini müəyyənləşdirən şəxslərdə çox ciddi bir müzakirə mövzusu olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB