Dağdıcı müxalifət fevralın 27-də sosial şəbəkələrdə tələbələri etiraza çağırıb. Tələbələrdən siyasi alət kimi yararlanmaq həvəsinə düşən radikallar onları dərsdən imtinaya səsləməklə gənclərin sabaha olan ümidini öldürməyə çalışırlar. Tələbə-gənclər isə SİA-ya verdikləri açıqlamalarda bunu yersiz hesab ediblər və müxalifəti siyasi oyun oynamaqda və şou yaratmaqda günahlandırıblar.
Mahmud Mehbaliyev,
ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri:
- Müxalifət qüvvələri tərəfindən fevralın 27-ni "Tələbə etirazı" günü elan edilməsi yersiz bir hərəkətdir. Çünki dövlətimiz tərəfindən hər il böyük coşqu və bayram əhvalı-ruhiyyəsi ilə qeyd olunan "Gənclər günü" mövcuddur. Azərbaycan da tələbələrin təhsil sistemi Avropanın təhsil sisteminə uyğunlaşdırılıb. Tələbələr yalnız dərs oxuyur və dövlətimizə xeyirli, gərkli vətəndaş olmaq üçün səylərini artırırlar. Bu baxımdan, müxalifət qüvvələrinin növbəti dəfə təşkil etdikləri yeni bir siyasi oyunudur ki, 27-ni "Tələbə etirazı" günü elan edərək tələbələri öz ətrafına yığsınlar. Mən bir tələbə olaraq, gənc tələbələrə səslənirəm ki, müxalifətin qurduğu bu oyunlara aldanaraq həmin aksiyada iştirak etməsinlər. Çünki bu gün Azərbaycan dövlətində hər hansı bir gəncinin təhsil almağı, inkişafı və xarici inteqrasiya etməsi üçün hər cür şərait yaradılıb.
Xədicə Hüseynova,
tələbə:
- Əgər hansısa tələbə fevralın 27-də dərsdən yayınacaqlarsa bu, onlara baş ucalığı gətirməyəcək. Yəni, müxalifət tərəfindən təşkil olunan oyuna hansısa tələbənin qatılması digər tələbələrin təhsilinə mane olmaq məqsədi daşıyır. Düşünürəm ki, bu gün Azərbaycanda təhsil sisteminin dayanaqlığı və inkişafı təmin olunub. Əgər çatışmazlıqlar və problemlər varsa, onların da aradan qaldırılması üçün ciddi işlər aparılır.
Gülçin Babayeva,
tələbə:
- Ölkədə fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən fevralın 27-ni "Tələbə etirazı" günü elan etməkdə məqsədinin arxasında univerisitetlərdə təhsil alan tələbələrin fikirini dərslərdən yayındırmaq istəyi dayanır. Bu istəyin baş tutmayacağı şübhəsizdir. Çünki Azərbaycan gəncliyi, tələbələri milli və dövlətçilik maraqlarına uyğun fəaliyyət yolu tutublar. Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev tərəfindən bu sərəncamın imzalanması biz gənclərə olan diqqət və qayğısından xəbər verir. Biz də gənc tələbə olaraq çalışmalıyıq ki, xalqa və dövlətə layiq olan gənclər olaq.
Allahverdi Şirinov,
tələbə:
- Təbii ki, müxalifət qüvvələri tərəfindən fevralın 27-ni "Tələbə etirazı" günü elan etməsi və tələbələri həmin aksiyalara qalıması üçün müxtəlif fikirlər səsləndirməsi biz tələbələr tərəfindən mənfi qarşılanır. Düşünürəm ki, müxalifət tərəfindən tələbələrlə bağlı keçirilən həmin aksiyada heç bir gənc tələbə iştirak edən deyil. Çünki bu aksiyaya qoşulmaq üçün heç bir səbəb yoxdur. Təbii ki, dövlət tərəfindən gənclərin təhsil alması üçün hər cür şərait yaradılıb.
Lalə İsmayılova,
tələbə:
- Əlbəttə ki, biz tələbələrin müxalifətin planlaşdırdığı həmin aksiyalarda iştirak etməsi reallığa çevrilən deyil. Təbii ki, bir tələbə olaraq öz təhsil sistemimdən razıyam. Bir sözlə, müxalifət qüvvələri tərəfindən fevralın 27-ni "Tələbə etirazı" günü elan olunması və hansısa bir univerisiteti təmsil edən tələbənin dərsə girməyərək həmin aksiyaya qatılması heç də həmin tələbəyə baş ucalığı gətirən deyil.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB