Gəncə şəhərinin bir hissəsi səhər saatlarından etibarən qazsız qalıb. Buna səbəb qaz xəttində yaranan problemdir. Gəncə şəhər Qaz İstismarı İdarəsinin baş mühəndisi Şubay Nəsibovun SİA-nın Qərb Bürosuna verdiyi məlumata əsasən, qaz xəttində qəza qeydə alınıb. Hazırda təmir briqadası ərazidə təmir işlərini davam etdirir. İlkin məlumatlara görə, şəhərin tam şəkildə mavi yanacaqla təmin olunması axşam saatlarınadək bərpa olunacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB