Onilliklər dövründə erməni-daşnak millətçiləri və onlara havadar olan ideoloqlar guya erməni millətinə qarşı "soyqırımı" olduğunu iddia edərək "hadisəni" yad edir. Bu ərazidə tarix boyu yaşamış azərbaycanlıların hüquqlarının hər zaman bilərək pozulmasını və bir çox illər ərzində onların təzyiqlərə məruz qalmaları və onlara qarşı bilərək törədilən cinayətləri tarix boyu ört-basdır edir və onu gizli saxlayırlar.
XIX-XX əsrlər arasında çox hissəsi indi Ermənistan SSR-i təşkil edən yalnız İrəvan quberniyasının ərazisində 407.4 min nəfər əhali yaşayırdı ki, bunun da 250 min nəfərdən çoxu azərbaycanlılardan ibarət idi. 1918-ci ildə bu ərazidə 575 min nəfər azərilər yaşayırdı.
XX əsrin əvvəllərindən başlayaraq ardıcıl şəkildə tarixi Azərbaycan ərazisində ermənilər kütləvi şəkildə yerləşdirilmiş, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması üçün azərbaycanlıların ən qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən müdafiə olunan və hərəkətə gətirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər etdilər.
Bu illərdə yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu. Tarixi Azərbaycan torpağı olan Zəngəzur, Göyçə və digər torpaqlar Sovet rəhbərliyinin əli ilə Ermənistana verildi. Dağlıq Qarabağ erməniləri muxtariyyət qazandı və gələcəkdə ərazi iddiaları üçün zəmin hazırlandı.
Erməni daşnakları tərəfindən təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991) azərbaycanlılar indiki Ermənistan ərazisindən-tarixi etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşlar. "Türksüz Ermənistan" adı altında havadarları, eləcə də yaxın və uzaq xaricdə yaşayan havadarları etnik təmizləmə işini 1991-ci ilin avqustun 8-də başa çatdırdılar. Meğri rayonunun son yaşayış məntəqəsi - Nüvədi azərbaycanlı kəndi soyqırıma düçar olunaraq tarixi-etnik ərazilərindən deportasiya olundu. Belə demək olar ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanda belə ki, bir nəfər də olsun azərbaycanlı qalmamışdı.
1988-1991-ci illərdə Sovet dövlət başçılarının köməyi sayəsində Ermənistan hökuməti Qərbi Azərbaycandan-indiki Ermənistan torpağından 250 mindən artıq azərbaycanlı ata-baba yurdlarından deportasiya edildi. Bütövlükdə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki bu ərazidə soyqırıma, deportasiyaya düçar olundular.
1935-1991-ci illərdə Ermənistanda yer adlarına qarşı qərəzli siyasət nəticəsində minlərlə toponimlər xəritədən silinmişdir. Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan seperatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsidir.
Hazırda Azərbaycanın 20%-i erməni işğalı altındadır. Bir milyondan çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itkin düşüb, 877 şəhər, kənd qarət edilib, dağıdılıb.
Erməni birləşmiş dəstələri Rusiyanın Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə birlikdə XX əsrin Xatın soyqırımı faciələrini arxada qoyan Xocalı soyqırımını təşkil etdilər.
O vaxt ki, respublika rəhbərlərinin cinayətkar əməlləri nəticəsində şəhərin müdafiə işləri pis təşkil olunmuşdur. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir zirehli texnika ilə təchiz olunmamışdır. Onlara əsas briqadanın 11-ci taburu və 20 nəfərdən ibarət minaatanlar batalyonu kömək edirdi. 60 nəfərlik milis dəstələri isə təyyarə meydanını müdafiə edirdi.
1992-ci il fevralın 25-də saat 21-də erməni daşnak hərbi birləşmələri, 366-cı alay(3 batalyondan 2-si tam tərkibdə, biri isə qismən) eləcə də xarici dövlətlərdən gətirilmiş muzdlu quldur dəstələri Xocalıya hücum etdilər. Onlar ilk həmləni hava limanına endirdilər. Şəhərin müdafiəsinə qalxan azsaylı və pis silahlanmış olsalar da, qəhrəmanlıqla döyüşmüşdülər.
Xüsusi təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif Hacıyev döyüş meydanında qəhrəmanlıq göstərirdi. Onun başçılığı altında olan 22 nəfərlik dəstə erməni-daşnak birləşmələrinin hücumlarını üç dəfə uğurla dəf etdi. Döyüşdə qüvvələr bərabər deyildi. Mayor Əlif Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə Limanın dispetçer məntəqəsini partladaraq erməni birləşmiş qüvvələrinin əlinə düşməsinə imkan vermədi. Döyüşlərdə qorxmaz komandir ağır yaralandı və qəhrəmancasına həlak oldu.
Ölümündən sonra Əlif Hacıyevə Azərbaycan Milli Qəhrəmanı adı verildi. Düşmən tankları,zirehli maşınları artilleriya hazırlığından sonra Mehdikənd, Qaragah və Daşbulaq istiqamətində Xocalıya daxil oldu və şəhər içərisində döyüşlər başlandı. 366-cı alayın mayoru Ohanyanın komandası altında ikinci, mayor Nabogixin komandası altında üçüncü motoatıcı taburları, eləcə də topçu diviziyası, Lixodeyanın başçılığı altında D-3 topu öz qəddarlığı, vəhşiliyi ilə fərqlənirdi.
Tofiq Hüseynovun başçılıq etdiyi ərazi özünümüdafiə taburunun döyüşçüləri çox qüvvətli yırtıcı düşmənlə layaqətlə döyüşürdülər. Tofiq son nəfəsinədək vuruşdu, düşmən əsgərlərini azdırıb çoxlu insanların mühasirədən çıxmasına imkan yaratdı. Son anda özü mühasirəyə düşdü. O,düşmənə təslim olmayaraq son gülləni özünə vurdu və gözlərini ana torpaqda yumdu.Ölümündən sonra Tofiq Hüseynova Azərbaycan Milli Qəhrəmanı adı verildi.
Ağdam-Əsgəran istiqamətində yığılmış milli hissələr arasında əlaqə və ümumi rəhbərlik olmaması üzündən onlar erməni işğalçılarına qarşı hücum qura bilmədilər.
Xocalı şəhərində soyqırım törədildi. Şəhər od vurulub yandırıldı. Sağ qalanların bir hissəsi,əsasən qadınlar, qocalar və uşaqlar şəhərin şimal-qərb istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gündə ayaqyalın meşədə qalan qaçqınların çoxunu don vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir hissəsi Xocalıdan 6-7 km aralı, Qaraqaya adlanan yerdə meşədən çıxarkən pusquda dayanmış erməni faşist dəstələri tərəfindən gülləbaran oldular. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə səy göstərənlər düşmən mühasirəsinə düşüb atəşə tutuldular. Erməni daşnakları yaralılara aman vermir, meyitləri eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.
Xocalıda erməni işğalçıları bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətə erməni vandalları yol vermişdir. Həmin kütləvi qırğın vaxtı 8 ailənin həyatına son qoyulmuş,25 uşaq hər iki valideyindən, 130 uşaq isə validiyinlərinin birindən mərhum olmuş,487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür.Girov düşənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 17 yanvar 2012-ci ildə sərəncam imzalamış.
Sərəncamda Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur.
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı smoyoatıcı alayının şəxsi həyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, Xocalının dinc sakinlərinə amansızcasınadivan tutulmuşdur.
Respublika prezidenti İlham Əliyevin sərəncamında Qanlı Xocalı qırğını həyata keçirməklə Dağlıq Qarabağın kənarlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı.
Eeməni faşistlərinin törətdiyi Qaeabağ ətrafında gedən döyüşlərdə 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, torpağımızın ərazisinin 20 faizi işğal edildi.
BMT-nin Təşkilat Şurasının, Avropa parlament Assambleyasının və digər qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və şəraitin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarların qəbul edilməsinə baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməmişdir.
Azərbaycanlılara qarşı erməni milləçiləri XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata başladığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya birliklərinə,xarici ölkələrin parlamentlərinə çatdırılmalı,həmçinin Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini faciənin iyirminci ildönümü ərəfəsində dərin hüznlə yad edərk Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb və onun həyata keçirilməsini təmin edilməsini bildirmişdir.
Erməni vəhşiləri Xocalıda 56 nəfərin xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırdılar, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi,hamilə qadınların qarnı 1918-ci ildəki mart hadisələrində olduğu kimi süngü ilə deşildi.
Bu faciədə təkcə erməni faşistləri və rus millətçiləri deyil, həmdə uzun müddət düşmən əhatəsində qalan, şəhərə lazımı kömək etməmiş,düşmən hücumundan xəbər tutan və əhalini təhlükəsiz yerlərə köçürmək üçün tədbirlər görməyən Azərbaycan rəhbərliyi, elecə də hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital toplamağa, respublikada siyasi vəziyyətin gərginləşməsinə çalışan siyasətbazlar günahkar idilər.
Hələ də bir çox dünya dövlətlərinin ikili siyasət göstərmələrinin nəticəsidir ki, bu böyük Xocalı soyqırımı heç bir yerdə deyilmir. Rus ordu birləşmələri ilə erməni quldur dəstələrinin insanlığa yaraşmayan hərəkətləri cəzasız qalmaqla davam edir.
Firudin Cümşüdlü, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti (t.e.n)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB