Beynəlxalq Təşkilatlara Xocalı Həqiqətləri çatdırıldı

Beynəlxalq Təşkilatlara Xocalı Həqiqətləri çatdırıldı

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Xocalı Soyqırımının XXI ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib. Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün on min şəxs və beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilib, Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilib. "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələri çıxış edib.
O cümlədən tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və Türkiyə Cümhuriyyəti Bakı böyükelçiliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan çıxış edərək gənc nəslin milli vətənpərvərlik ruhda yetişmələrinin zəruriliyidən bəhs etdilər.
Tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi torpaqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq, ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir.
"Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olundular.

Mükafat fondu: I yer- 150 manat, II yer- 100 manat, III yer- 50 və səkkiz fərqlənmiş iştirakçıya 20 manat məbləğində təyin edilib.

"Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.
I yer - Hüseynzadə İlahə - Xətai rayon 191 saylı orta ümumtəhsil məktəbinin şagirdi
II yer - Piriyeva Ülkər - Səbail rayon 236 saylı orta ümumtəhsil məktəbinin şagirdi
III yer - Cəmilova Fidan - Binəqədi rayon 299 saylı orta ümumtəhsil məktəbinin şagirdi

Bütün xəbərlər Facebook səhifəmizdə