Dini kitabları almaq mümkün olmayacaq?

Dini kitabları almaq mümkün olmayacaq?

Azərbaycanda yalnız markalanmış dini kitabları almaq mümkün olacaq. SİA-nın məlumatına görə, parlamentdə bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər təsdiq olunub. Qanuna edilən dəyişikliklər dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıycılarda), audio və video materiallar, mal və məlumatlar və dini məzmunlu başqa məlumat materialları ilə bağlıdır.

Qanuna dəyişikliyi təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini materialları əldə edə və onlardan istifadə edə bilərlər.

Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda göstərilir ki, nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə