"İRƏLİ" İctimai Birliyi, "Buta Film", "Park Cinema", Video.az-ın birgə təşkilatçılığı ilə gənclər arasında "TAKE" adlı "Audio-vizual" kino festivalı keçirilir. Qurumdan SİA-ya verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd həvəskar gənclərə dəstək olaraq onların işlərini daha geniş auditoriyaya tanıtmaqdır.
Festival bir ay müddətində davam edəcək. Festival müddətində iştirak elanlarının verilməsi, filmlərin qəbulu, qeydiyyat seçimi, təqdim olunmuş nominasiyalara uyğun bölünməsi və sonda final gecəsinin təşkili daxildir.
Festifalda 9 nominasiya üzrə müsabiqə elan olunur:
1. Operator işi
2. Rejissor işi
3. Musiqi tərtibatı (bəstəkar)
4. Aktyor
5. Aktrisa
6. Prodüsser
7. Ssenari
8. Multiplikasiya
9. Qran Pri
Qeyd edək ki, filmin müddəti 30 dəqiqədən çox olmamalıdır. Final gecəsi təşkilat komitəsi tərəfindən elan olunacaq tarixdə "Park Cinema"da keçiriləcək.
Məlumat üçün bildirək ki, festivalda iştirak etmək istəyən şəxslər 13.03.2013-cü il tarixinə qədər "İRƏLİ" İctimai Birliyinin rəsmi saytında yerləşdirilən online ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB