Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-190, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-230, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 164 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 157 m3/s və ongünlük normanın 81 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 69 m3/s təşkil etmiş və ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 2 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə 2 sm artım, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2012-ci il fevralın 22-də 621 sm), Şirvanda 301 sm (2012-ci il fevralın 22-də 516 sm), Salyanda 280 sm (2012-ci il fevralın 22-də 478 sm), Bankədə 245 sm (2012-ci il fevralın 22-də 339 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il fevralın 22-də 342 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB