Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur. Nazirlikdən SİA-ya verilən məlumata görə, agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasında əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaqdır. Həmçinin layiqli məşğulluğu və əmək bazarında ehtiyac duyulan bacarıqların müəyyən olunmasını təmin etməkdir. Bununla bağlı hazırda müvafiq işlər aparılır. Belə ki, Agentliyin Əsasnaməsinin layihəsi hazırlanıb və aidiyyatı təşkilatların rəyləri nəzərə alınmaqla yenidən işlənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB