Xocalı soyqırımının qurbanları parlamentdə anıldı

Xocalı soyqırımının qurbanları parlamentdə anıldı

Milli Məclisinin növbəti plenar iclası başlayıb. SİA-nın məlumatına görə, iclas Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılması ilə açıq elan olunubu. Spiker Oqtay Əsədov bildirib ki, bugünki iclas Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində son iclasdır. Deputatlar bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini yad ediblər.

Milli Məclisin bu gün keçirilən iclasında, həmçinin bir sıra dövlətlərarası sənədlərin müzakirə olunması gözlənilir.

Qeyd edək ki, iclasda "Reklam haqqında", "Veteranlar haqqında", "Əmək pensiyaları haqqında", "Könüllü fəaliyyət haqqında", "Dini etiqad azadlığı haqqında", "Dərman vasitələri haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara, "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə", "Azərbaycan Respublikasının 2006-ci il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"də, həmçinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər müzakirə olunacaq. İclasda İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər də müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə