Viktoriya Nuland ANS TV-nin Vaşinqton müxbirinin Xocalı soyqırımı haqqında sualına dolaşıq cümlələrlə cavab verdi
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Dağlıq Qarabağ münaqişəsinin sülh ilə həllinin vacibliyini bir daha vurğulayıb. ANS TV-nin Vaşinqton müxbiri Sevinc Osmanqızının sualına cavab olaraq Xocalı faciəsi ilə bağlı açıqlama verərkən Viktoriya Nuland ABŞ-ın Minsk qrupunun həmsədri kimi münaqişənin həlli istiqamətində səyləri davam etdirmək işinə sadiq qaldığını bir daha dilə gətirib.
"Ermənistan və Azərbaycan arasında müharibədə insanların faciəli şəkildə həyatını itirməsi bizə bir daha Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ola bilməcəyini xatırladır. Münaqişənin yalnız sülh yolu ilə davamlı həlli regiona sabitlik, tərəqqi və əmin-amanlıq gətirə bilər. Minsk qrupunun həmsədri kimi biz tərəflərlə bu istiqamətdə işi davam etdirməyə sadiq qalırıq və bu gün və hər zaman bunu bir daha xatırlayırıq", - deyə Viktoriya Nuland bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB