Lütfi Zadə daha bir nüfuzlu mükafata layiq görülüb

Lütfi Zadə daha bir nüfuzlu mükafata layiq görülüb

Alim bu mükafatı qeyri-səlis məntiq nəzəriyyəsinin kəşfi və inkişafına görə alıb

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 2012-ci il üçün informasiya-kommunikasiya texnologiyaları nominasiyası üzrə BBVA Fondunun təsis etdiyi Frontiers of Knowledge Awards (Bilik hüdudları) mükafatına layiq görülüb.

Alim bu mükafatı qeyri-səlis məntiq nəzəriyyəsinin kəşfi və inkişafına görə alıb. Münsiflər heyəti bildirir ki, nəzəriyyə "inqilabi sıçrayışdır" ki, bu da maşınlara qeyri-səlis anlayışlarla insanlar kimi işləməyə imkan verib.

Son 50 ildə Lütfi Zadənin metodikası təkcə ABŞ və Yaponiyada 50 mindən çox patentin əsası olub.

Qeyd edək ki, mükafat 2008-ci ildə BBVA Fondu tərəfindən zəmanəmiz üçün xas olan elmi və texnoloji sahələrdə böyük töhfələrin və mühüm nailiyyətlərin qiymətləndirilməsi kimi təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə