Türkiyə Sarkisyanı niyə təbrik etdi?

Türkiyə Sarkisyanı niyə təbrik etdi?

Türkiyə prezidenti Abdullah Gül erməni həmkarı Serj Sarkisyanı təbrik edib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Gül erməni həmkarını təbrik etmək üçün ona namə göndərib və gələcək işlərində uğurlar arzulayıb.

Maraqlıdır, Ermənistan Türkiyəni indiki sərhədləri daxilində tanımaq istəmir. Deməli Türkiyəni bir dövlət olaraq tanımır, bunun da səbəbi Ermənistanın Şərqi Anadolunu özünün ayrılmaz hissəsi hesab etməsi, 1915-ci ildə baş verməmiş "erməni soyqırımı"nı tanımağı və Türkiyənin təzminat ödəməsini tələb etməsidir.

Bəs görəsən, Gül bütün dövlətlərin başçılarından qabaq erməni prezidentini təbrik etməklə hansı dividenti qazanıb? Bəlkə, ermənilər "soyqırımı" iddiasından vaz keçiblər, yoxsa Ağrı dağını gerblərindən siliblər? Hərhalda kardeşlərimizin, kos-koca Türkiyənin saxta dövlətin nazı ilə oynaması bir az sıxıcı görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə